10:36, 18 Oktyabr 2018 (Cümə axşamı) 197

Bu rayonda su kəsiləcək

Bu rayonda su kəsiləcək
Bu gün Bakının Yasamal rayonuna içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Bu barədə "Azərsu" ASC-dən "Report"a daxil olan məlumatda bildirilir.

Məlumata görə, rayonun ərazisindən keçən magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar gün ərzində Yeni Yasamal yaşayış massivinin bir hissəsində su kəsiləcək. 

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” abunəçilərdən üzr istəyir.