15:27, 11 Sentyabr 2019 (Çərşənbə) 68

"Bu səfər mənə ölkənizi yaxından tanımağa imkan verəcək" - Paskye

"Bu, Azərbaycana ilk səfərimdir. Səfər mənə ölkənizi yaxından tanımağa imkan verəcək".

Bu barədə"Report" xəbər verir.

Xəbərdə deyilir ki, bu sözləri Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskye jurnalistlərə açıqlamasında deyib.

AŞPA prezidenti AŞ Avropa Şurasına üzv ölkələr arasında dialoqun vacibliyini qeyd edib. "Dialoq çox vacibdir, çünki yalnız bu yolla mövcud problemləri birlikdə həll etmək olar", - o bildirib.

Bundan başqa, L.Mori Paskye sentyabrın 11-də Fransa-Azərbaycan Universitetində keçiriləcək, Avropa Şurasının 70 illiyinə həsr olunan "Hüquqlarımız, azadlıqlarımız, Avropamız” mövzsunda "dəyimir masa”da iştirak edəcək.

Paskyenin səfəri  sentyabrın 11-12-də davam edəcək.