09:59, 20 Sentyabr 2019 (Cümə) 57

Bugünə olan hava proqnozu

Bugünə olan hava proqnozu
Sentyabrın 20-də Bakıda və Abşeronda hava dəyişkən olacaq, yağıntı olmayacaq. 

Bu barədə məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti verib.

Məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz +26+29, gecə +19+21 dərəcə olacaq.

Ölkə rayonları üzrə cənub bölgəsində intensiv yağıntı gözlənilir. Havanın temperaturu gündüz mərkəzi aran rayonlarında +34, dağlarda +23 dərəcə olacaq. 

Tibbi-meteoroloji proqnoza gəlincə isə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.