11:53, 20 Avqust 2019 (Çərşənbə axşamı) 47

“Bunu Qrenlandiyaya etməyəcəyimə söz verirəm” - Tramp

“Bunu Qrenlandiyaya etməyəcəyimə söz verirəm” - Tramp


/ DÜNYA
ABŞ Prezidenti Donald Trump öz adı olan otelin Qrenlandiyanın fonunda montaj olunmuş fotosunu paylaşıb.

Azadlıq Radiosu xəbər verir ki, Trump avqustun 19-da Twitter-də zarafatla yazıb ki - "Bunu Qrenlandiyaya etməyəcəyimə söz verirəm”.

Donald Trump avqustun 17-də Qrenlandiyanı Birləşmiş Ştatlar üçün almaqda "strateji” maraqlı olduğunu deyib, ancaq bunun administrasiyası üçün prioritet daşımadığını vurğulayıb. O, jurnalistlərə deyib ki, "bu, nömrə 1 məsələ deyil”.

Amma həm Danimarkanın Baş naziri Mette Frederiksen, həm də Qrenlandiyanın Baş naziri Kim Kielsen bu yarımuxtar Danimarka ərazisinin satılmadığını deyib.

"Heç kəs başımızın üstündən qərar verməməlidir, bizə sayqı göstərilməli, maraqlarımız öndə olmalıdır”, – Qrenlandiyada çıxan "Sermiatsiaq” qəzetinin yazmasına görə, Kielsen mətbuat konfransında deyib.

56 min nəfər əhalisi olan Qrenlandiya Danimarkanın özünü idarə edən ərazisidir. Yerli hökumət daxili məsələləri idarə edir, xarici və təhlükəsizlik siyasətinə Kopenhagen baxır.

Birləşmiş Ştatların Qrenlandiyada böyük hərbi bazası yerləşir.

ABŞ 1946-cı ildə Qrenlandiyanı Danimarkadan 100 milyon dollara almağı təklif etsə də, sövdələşmə rədd olunub.

Trump gələn ay Danimarkaya səfər edəcək.