Siyasət

BVF Azərbaycana missiya göndərəcək

13 Yanvar, 2020
293
Azərbaycan iqtisadiyyatındakı son prosesləri müzakirə etmək üçün Beynəlxalq Valyuta Fondunun (BVF) ölkədəki missiya rəhbəri Natalia Tamirisanın başçılıq etdiyi nümayəndə heyəti yanvarın 21-28-də Bakıda səfərdə olacaq.

Bu barədə "Report”a BVF-nin Azərbaycandakı ofisinin rəhbəri Ağgün Qədirli bildirib.

2019-cu ildə ölkədə 2 faizdən artıq, yəni son beş ilin ən yüksək iqtisadi artım baş verib. Strateji yol xəritələrinə əsasən, 2020-ci ildə 3 faiz səviyyəsində hədəflənən iqtisadi artımın 2021-ci ildə 3,7 faiz nəzərdə tutulur ki, bu da xeyli dərəcədə təbii qaz hasilatın artırılması hesabına əldə edilməlidir. Həmçinin 2022-ci ildə 3,1 faiz, 2023-cü ildə 3,2 faiz iqtisadi artım gözlənilir. 

Prezident İlham Əliyev ilin yekunlarına dair jurnalistlərlə söhbəti zamanı deyib: "Bütövlükdə iqtisadi sahədə 2019-cu il uğurlu olubdur və onu da bildirməliyəm ki, aparılan islahatlar, o cümlədən şəffaflıq sahəsində aparılan islahatlar bizə əlavə gəlir gətirdi. Beləliklə, vergi və gömrük orqanları bu il plandan əlavə xəzinəyə 1 milyard manat vəsait köçürdülər. Yəni sırf şəffaflıq, dürüstlük, düzgün hesabatın aparılması və bu sahədə, inzibatçılıq sahəsində aparılan islahatlar sayəsində biz 1 milyard əlavə vəsait əldə etdik. Bu vəsaiti biz əlbəttə ki, sosial layihələrə yönəltdik".

2019-cu ilin yanvar ayından Beynəlxalq Valyuta Fondunun Azərbaycan missiyasının rəhbəri kimi fəaliyyət göstərən Natalia Tamirisa həmçinin BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya Departamentində müşavirdir.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo