17:11, 21 Yanvar 2019 (Bazar ertəsi) 416

Üç nəfər aclıq aksiyasını davam etdirir

Üç nəfər aclıq aksiyasını davam etdirir
Müsavat Partiyasının mənzil-qərargahında "Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq" tələbilə aclıq aksiyası davam edir.

Yanvarın 19-dan aksiyada üç nəfər iştirak edir, Turan-a aksiya iştirakçısı, Siyasi Məhbus Ailələri Mərkəzinin koordinatoru, siyasi məhbus Fuad Əhmədlinin atası Zəfər Əhmədov bildirib

Bundan əlavə, aksiyada siyasi məhbus Orxan Baxışlının atası Rafiq Baxışov, həmçinin AXCP fəalı Füzuli Hüseynov iştirak edir.

F.Əhmədov və O. Baxışov yanvarın 15-dən, F.Hüseynov isə yanvarın 19-dan aclıq edir.

F.Əhmədovun sözlərinə görə, aksiya iştirakçılarının səhhəti normaldır və onlar həkimə müraciət etməyiblər.

Xatırladaq ki, aksiya bloger Mehman Hüseynova dəstək olaraq keçirilir. O, koloniya əməkdaşını döyməsilə bağlı ona qarşı irəli sürülən yeni ittihama etiraz olaraq aclıq edir.-06D--