Sosial

Cahangir Hacıyevin bacısı baş prokurora müraciət edib

26 Noyabr, 2018
1158
Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva qardaşının saxlanma şəraitinin dözülməz olması ilə bağlı baş prokuror Zakir Həsənova yenidən müraciət edib.

Qardaşı ilə görüş məsələsi problem olaraq qalır. Belə ki, C.Hacıyevin saxlandığı 13 saylı koloniyada 2017-ci ilin oktyabrından 2018-ci ilin may ayına qədər onunla görüş verilməyib. Bakı İstintaq Təcridxanasına köçürüldüyü vaxtdan, sentyabrın 15-dən indiyədək yenə də görüş verilmir, halbuki, iş üzrə istintaq çoxdan başa çatıb.

"Ailə üzvü kimi Cahangir Hacıyevlə ancaq mən görüşürdüm. Mənimlə görüşə qadaqa qoyulması, sadəcə, məhdudiyyət deyil, C.Hacıyevə qarşı işgəncədir. Bunun başqa adı yoxdur. Cahangirə qəzet vermirlər, dərmanların verilməsini yubadırlar. Sizə dəfələrlə müraciət etmişik, amma cavab yoxdur. Məhkəməyə müraciət etmişik, ərizələrimizə baxmayıblar, onları itiriblər. Cənab baş prokuror, axı məhbusun da hüququ var, elə deyilmi? Cənab baş prokuror, Cahangir Hacıyevin saxlanma şəraitinin dözülməz olması barədə məlumatı nəzərinizə çatdıraraq bu işgəncələrə son qoyulmasını xahiş edirəm", - Ə.Hacıyevanın müraciətində deyilir.

Beynəlxalq Bankın keçmiş rəhbəri C.Hacıyev 2015-ci il dekabrın 4-də həbs olunub. O, bankın yüzmilyonlarla vəsaitini mənimsəməkdə təqsirləndirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilən C.Hacıyev ittihamları qəbul etmir. Bankın vəsaitlərinin müxtəlif böyük layihələrə xərcləndiyini, bunu hökumətin özünün də bildiyini deyir.

C.Hacıyev həbsinə görə həm də maliyyə naziri Samir şərifovu ittiham edirdi.
 
Turan 



Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo