17:54, 21 İyun 2019 (Cümə) 146

Cəbhə bölgəsində təlim keçirilib - Video

Cəbhə bölgəsində təlim keçirilib - Video
Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən, cəbhə bölgəsində yerləşən hərbi birlikdə döyüş atışlı təlim məşqləri keçirilib.

Bu barədə Müdafiə Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, senariyə uyğun olaraq, təlimlərə cəlb olunan motoatıcı, artilleriya, tank bölmələri, o cümlədən aviasiya vasitələri müxtəlif tapşırıqları, eləcə də şərti düşmən hədəflərinə döyüş atışlarını icra ediblər.