Siyasət

Cəbhəçi barədə xasiyyətnamə: "Vəhhabiliyə meyllidir"

25 Dekabr, 2018
1045
AXCP sədrinin müşaviri, 3 illik həbs cəzasının başa çatmasına 2 gün qalmış haqqında yenidən cinayət işi başlanan Məmməd İbrahim haqqında mənfi xasiyyətnamə verilib.
 
16 Saylı Cəzaçəkmə Müəssisəsinin əməliyyat şöbəsinin müdiri Emin Şıxəliyevin imzaladığı xasiyyətnamədə M.İbrahim haqqında yazılıb ki, o, vəhhabiliyə meyllidir, müəssisədə məhkumlar arasında dövlətçilik və iqtidar əleyhinə təbliğat aparıb və s. Ona görə də M.İbrahimin vəkilləri dekabrın 25-də məhkəmədə vəsatət qaldırıb ki, E.Şıxəliyev çağrılıb dindirilsin, hansı əsasla onun haqqında belə bir xasiyyətnamə verdiyini izah etsin, sübutları varsa, ortaya qoysun.

M.İbrahimin həbsdən çıxmasına 2 gün qalmış onun yatağından bıçaq tiyəsi tapılması iddiasıyla bağlı cinayət işinə Suraxanı Rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyi ilə baxılır. Şahid qismində tanınan müəssisə əməkdaşları məhkəmədə dindirilsə də, məhkumlar prosesə gəlmirlər. Vəkillər də tələb edir ki, istintaqda hal şahidi kimi dindirilmiş məhkumlar mütləq məhkəməyə də gəlib ifadə versinlər. Çünki onların istintaqdakı ifadələriylə bağlı ciddi şübhələr var.

Söhbət 3 nəfər məhkumdan gedir. Onların da ikisi M.İbrahim haqqında istintaqda ifadə verəndən sonra azadlığa buraxılıb, biri də məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.

Hakim bildirib ki, azadlığa çıxanların yerini müəyyənləşdirmək mümkün olmayıb. Amma məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılan şahid çağrılıb dindiriləcək.

AXCP funksioneri haqqında mənfi rəy vermiş E.Şıxəliyevə gəlincə, hakim onun dindirilməsi barədə vəsatəti rədd edib. Deyib ki, onun bu işə aidiyyəti yoxdur. Vəkillər bu fikirlə razılaşmayıb. Bildiriblər ki, o, belə xasiyyətnamə verməklə məhkəmədə öncədən M.İbrahim haqqında mənfi fikir formalaşdırıb: "Üstəlik, xasiyyətnamədə yazılanlar da həqiqətəuyğun deyil, böhtandır".

Hakim cavabında deyib ki, buna qiymət vermək məhkəmənin səlahiyyətindədir.

Məhkəmə yanvarın 8-də davam edəcək.

Məmməd İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub. M.Quliyevə fiziki güc tətbiq etməkdə suçlanan M.İbrahimə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət veriblər ki, insident zamanı M.İbrahim onları da vurub. Bundan sonra ona verilən ittiham xuliqanlıq maddəsi üzrə daha da ağırlaşdırılıb. O, 3 il azadlıqdan məhrum edilib.

Həmin cəza sentyabrın 29-da başa çatıb. AXCP Rəyasət Heyətinin üzvünün cəzası başa çatan ərəfədə yeni cinayət işi açılıb. Yeni ittihama görə, həbsdəki siyasətçinin yatağından kəsici alət tapılıb. Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.

M.İbrahimin ittiham olunduğu 317-1.2 (həbsdə saxlanan şəxsin qadağan olunmuş əşyaları hazırlaması, saxlaması, gəzdirməsi, daşıması və ya istifadəsi) maddəsində 6 aya qədər həbs cəzası nəzərdə tutulub.

M.İbrahim ittihamı rədd edir və bıçaq tiyəsinin onun yatağına həbsdən çıxmasının qarşısını almaq məqsədilə müəssisənin əməkdaşları tərəfindən atıldığını bildirir.

Penitensiar Xidmət isə M.İbrahimin bu barədə söylədiklərini əsassız sayır.

Azadlıq Radiosu

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo