12:17, 18 Sentyabr 2018 (Çərşənbə axşamı) 362

Cənubi Koreya lideri Şimali Koreyaya gedib

Cənubi Koreya lideri Şimali Koreyaya gedib


/ DÜNYA
Cənubi Koreya prezidenti Moon Jae In sentyabrın 18-də Pxenyana üçgünlük səfərə gəlib. Aeroportda onu KXDR-nin lideri qarşılayıb. Bu, Cənubi Koreya prezidentinin Şimali Koreyaya son 11 ildə ilk səfəridir.

Hər iki dövlətin başçısı eyni avtomobildə fəxri qonaqlar üçün nəzərdə tutulan qərargaha yollanıblar. Bu gün həmin qərargahda danışıqların birinci raundu başlamalıdır. Gündəlikdə KXDR-in nüvə proqramını dayandırması, iki ölkə arasındakı əlaqələr və Pxenyanla Vaşinqton arasında dialoqun inkişaf etdirilməsi durur.

İlk görüşlər aprel və mayda keçirilib. Aprel sammitində onlar iki ölkə arasındakı müharibə vəziyyətinə son qoyacaq barış razılaşması imzalamaq niyyətindən danışıblar. Həmçinin, Pxenyanla Seul Koreya yarımadasında tam nüvə silahsızlaşdırması üzərində işin başlanmasını bəyan ediblər. İkinci dəfə liderlər mayda Sinqapurda ABŞ-Şimali Koreya sammitindən az əvvəl görüşüblər.