17:31, 16 Oktyabr 2020 (Cümə) 49

Co Bayden: "ABŞ-da marixuanın istifadəsi leqallaşa bilər"

Co Bayden:


/ DÜNYA
"Narkotikdən istifadəyə görə həbs düzgün qərar deyil"

ABŞ-da 3 noyabrda baş tutacaq prezident seçkilərində namizəd olan Co Bayden ölkədə marixuananın leqallaşa biləcəyini deyib. 

Bu barədə "TASS" xəbər verir. 

Keçmiş vitse-prezident açıqlamasında deyib: "Kiminsə narkotikdən istifadəyə görə, həbs olunmasını düzgün qərar hesab etmirəm. Belə insanlar icbari müalicəyə göndərilməlidirlər. Onları narkotik asılılıqdan xilas etmək üçün biz xəstəxanalar tikməliyik. Marixuana istifadəsindən cinayət tərkibini çıxarmalıyıq ki, polis saxlayarkən, insanlar cinayət tarixçələrinin olmadığını deyə bilsinlər".

ABŞ-da marixuana narkotik maddə hesab olunur. 

Onu saxlamaq və istifadə etmək, federal səviyyədə qadağan olunub. Hərçənd bəzi ştatlarda qanun marixuanadan müalicə məqsədiylə istifadəyə icazə verir. 

30 ştatda isə marixuananın tibbi məqsədlərlə satışı qanun pozuntusu sayılmır.