14:11, 25 İyun 2019 (Çərşənbə axşamı) 142

D18 Hərəkatının daha bir üzvü polisə çağırıldı - VİDEO

D18 Hərəkatının daha bir üzvü polisə çağırıldı - VİDEO
D18 Hərəkatının İdarə heyətinin üzvü Zaur Rövşənli  Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

Bu barədə  hərəkatın sədr müavini,  hüquq müdafiəçisi Samirə Ağayeva feysbukda  məlumat yayıb.

"Bu gün 14.10-da Hərəkatın İdarə Heyətinin üzvü Zaur Rövşənli  Bakı şəhər Baş polis idarəsinin İctimai Təhlükəsizlik Şöbəsinə çağırılıb”, –  deyə Ağayeva qeyd edib.

O həmçinin bildirib ki, üzvlərin polisə çağırılmasının səbəbi iyun ayının 26-da Fəxri Xiyabanda keçiriləcək ziyarətlə bağlı ola bilər: ”Qeyd edim ki, D18 Hərəkatı hər il olduğu kimi bu il də Ordu günündə Fəxri Xiyabanda dəfn olunan şəhidlərin məzarlarını ziyarət edəcək.”

İyunun 24-də D18 Hərəkatının başqanı Ruslan İzzətli də Bakı Şəhər Polis İdarəsinə çağırılıb. 

O, sosial şəbəkədə yaydığı məlumatda bildirib ki, hazırda ABŞ-da səfərdədir və bir həftəyə ölkəyə qayıdacaq.

Lalə Möhsümova