10:42, 12 Aprel 2019 (Cümə) 187

Daha 147 nəfərin 222 vərəsəsinə birdəfəlik ödəmə veriləcək

Daha 147 nəfərin 222 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın iclasında daha 147 şəhidin 222 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, ödənişin bir həftə ərzində həmin vərəsələrin hesabların köçürülməsi nəzərdə tutulub.
 

Prezident İlham Əliyevin 2018-ci il aprelin 19-da və 2019-cu il yanvarın 28-də imzaladığı fərmanlarla 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş şəxslərin vərəsələrinə 11 min manat birdəfəlik ödəmə verilir.


Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub. İndiyədək 6338 şəhidin 9276 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi qərarı çıxarılıb.


1997-ci il avqustun 2-də "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun qüvvəyə minib və həmin dövrdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsi həyata keçirilib.