18:52, 14 Oktyabr 2020 (Çərşənbə) 54

Daha 21 şagird və 12 işçi koronavirusa yoluxub

Daha 21 şagird və 12 işçi koronavirusa yoluxub
Oktyabrın 14-nə olan məlumata görə, daha 21 şagird və 12 işçi koronavirusa yoluxub. Bu barədə Təhsil Nazirliyi açıqlama verib.

Nazirliyin məlumatına görə, 15 şagird və 2 işçinin hərarəti 37-dən çox olub. Həmçinin bildirilir ki, 3 sinif və 7 məktəb distant təhsilə keçirilib. 1 məktəb isə əyani təhsilə qaytarılıb.

İndiyə qədər ölkə üzrə 30 məktəb, 55 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib