19:16, 01 Dekabr 2018 (Şənbə) 119

Daha 210 şəhid ailəsi birdəfəlik müavinət alacaq

Daha 210 şəhid ailəsi birdəfəlik müavinət alacaq
Qarabağ uğrunda döyüşlərdə həlak olan daha 142 nəfər hərbi qulluqçunun 210 vərəsəsinə birdəfəlik müavinət veriləcək. Qərar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanındakı müvafiq komissiyanın dekabrın 1-dəki toplantısında çıxarılıb.

"Azadlıq Radiosu"-nun xəbərinə görə, Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, komissiya həlak olmuş hərbi qulluqçulardan 9531 nəfərin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququnu müəyyənləşdirib.

Vərəsəlik notarial qayada təsdiqlənir və birdəfəlik ödənişlə təmin edilmək üçün elektron qaydada ƏƏSMN-ə göndərilir. Təqdim olunan sənədlərə işçi qrup baxdıqdan sonra komissiya ödəmənin verilməsi barədə qərar qəbul edir.

Nazirlik bugünədək həlak olmuş 123 hərbi qulluqçu üzrə 1509 vərəsəyə ödəmə verilməsi haqqında qərar çıxarıldığını qeyd edir. Ödəmə prosesinin davam etdiyi bildirilir.