11:17, 22 Noyabr 2020 (Bazar) 115

Daha bir deputat koronavirusa yoluxub

Daha bir deputat koronavirusa yoluxub
Milli Məclisin Səhiyyə komitəsinin sədrinin müavini Rəşad Mahmudov koronavirusa yoluxub(oxu.az, 22 noyabr).

Bildirilir ki, o, bu günə qədər koronavirusa yoluxan xəstələrin müalicə prosesində iştirak edib. 

Deputat məlumatı təsdiq edib.

O, koronavirus testinin nəticəsinin müsbət çıxdığını deyib:

"Bəli, koronavirusa yoluxmuşam. Vəziyyətim o qədər də pis deyil. Ev şəraitində karantində müalicəm davam edir".

Son həftədə Milli Məclisin 10-a yaxın deputatının koronavirusa yoluxduğu deyilir.