16:26, 30 Sentyabr 2019 (Bazar ertəsi) 143

Davud Rəhimli: "Əlilliyi bayraq tutaraq bu kimi hərəkətlərin edilməsi yaxşı hal deyil"

Davud Rəhimli:
"Özlərini Qarabağ əlili kimi təqdim edərək SOCAR-ın Neft Kəmərlərinin Mühafizə İdarəsinin əməkdaşlarına xəsarət yetirən şəxslərin qeyri-qanuni hərəkətlərini pisləyirik".

Bu barədə "Report" xəbər verib.

Xəbərdə deyilir ki, bunu Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli deyib.

O vurğulayıb ki, narazılıq varsa, bu qanuni yolla həll edilməlidir: "Əlillik və ya hər hansı digər sosial vəziyyət qanun pozuntusu zamanı üstünlük gətirmir. Hansısa addan və nədənsə istifadə edib kiməsə xəsarət yetirmək düzgün deyil. Zor tətbiq etmə, yaxud kimisə təhqir etmək yolverilməzdir. Əlilliyin əldə bayraq tutulub bu kimi hərəkətlər edilməsi yaxşı hal deyil. Hər bir problemin həlli üçün qanuni yolları bilmək lazımdır”.