10:30, 07 Noyabr 2019 (Cümə axşamı) 61

Demokratlar ilk açıq impiçment dinləmələrinə başlayırlar

Demokratlar ilk açıq impiçment dinləmələrinə başlayırlar


/ DÜNYA
Nümayəndələr Palatasında ABŞ prezidentinə qarşı impiçment araşdırması aparan demokratlar deyiblər ki, onlar gələn həftə iki gün müddətində ictimai dinləmə keçirməyi planlaşdırırlar. Bu dinləmədə Dövlət Departamentinin üç aparıcı rəsmisinin ifadə verəcəyi gözlənilir.
 
Bu barədə AzadlıqRadiosu məlumat yayıb.

Konqresin Kəşfiyyat Komitəsinin bu araşdırmaya başçılıq edən sədri Adam Schiff noyabrın 6-da deyib ki, noyabrın 13-də və 15-də keçiriləcək dinləmədə Ukrayna üzrə əsas diplomat William Taylor, departamentin vəzifəli rəsmisi George Kent və ABŞ-ın Ukraynadakı keçmiş səfiri Marie Yovanovitch ifadə verməlidirlər.

Konqresdəki demokratların apardığı təhqiqatdan məqsəd prezident Trampın impiçment edilməsidir.

Onlar deyirlər ki, Tramp səlahiyyətlərindən sui-istifadə edərək Kiyevə təzyiq göstərib və Ukraynada onun 2020-ci il prezident seçkisində potensial rəqibi ola biləcək Joe Biden və onun oğluna qarşı cinayət təhqiqatı keçirilməsinə çalışıb.

Demokratlar prezidenti başqa bir ölkəni öz ölkəsinin siyasi prosesinə müdaxiləyə dəvət etməkdə günahlandırırlar.

Schiff noyabrın 6-da iddia edib ki, Tramp "hökumətin bütöv nazirliklərini Ukraynanın onun siyasi rəqibi barədə kompromat verməsinə nail olmaq kimi qanunsuz məqsədə səfərbər edib”.

Tramp hər hansı qanunsuzluq etməyində israr edir.

Gələn həftə dinləməyə dəvət edilmiş rəsmilər artıq bundan əvvəl Konqresdə, bağlı qapılar araxasında ifadə veriblər.

Onlarla sual-cavab sessiyasının müəyyən hissələri ictimaiyyət üçün açıqlanıb.

Taylor ifadəsində bidlirmişdi ki, o ABŞ-ın Kiyevə hərbi yardımının Ukraynanın Bidenlərin araşdırılacağına dair rəsmi vəd verməsi ilə şərtləndirilməsindən narahatlıq keçirib.

Yovanovitch demişdi ki, Tramp onun səfir vəfəsindən uzaqlaşdırılması üçün Dövlət Departamentinə təzyiq göstərib.

Uzun müddət Ukraynadakı korrupsiya ilə mübarizədə iştirak etmiş Kent Trampın şəxsi vəkili Rudy Giulianinin Ukraynada Biden və oğluna qarşı cinayət işinin açılması üçün göstərdiyi səylərdən narahat olduğunu bildirib.