Dünya

Demokratlar və respublikaçılar impiçment araşdırmasında mübahisə ediblər

14 Noyabr, 2019
374
 
Bəzi məlumatlara görə Konqresdə keçirilən ictimai impiçment araşdırması dinləməsində ABŞ-ın Avropa İttifaqındakı səfiri Gordon Sondlandın prezident Donald Trampın Ukrayna siyasətindən daha çox özünün siyasi rəqiblərinin araşdırılması maraqlı olduğu barədə dedikəri müzakirə mövzusu olub.

AzadlıqRadiosu verdiyi məlumata görə, ABŞ-ın Ukraynadakı müvəqqəti işlər müvəkkili William Taylor ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsində keçirilən dinləmədə bildirib ki, Tramp onun siyasi rəqibi Joe Biden barəsində cinayət təhqiqatına başlanması üçün Ukrayna prezidenti Volodymyr Zelenskiyə təzyiq göstərib.

Taylor televiziya ilə canlı yayınlanan ifadəsində bildirib ki, iyuluin 26-da onun işçilərindən biri Kiyevə Ukrayna rəsmiləri ilə görüşmək üçün gəlmiş Sondlandla Tramp arasında telefon söhbətini eşidib və bu söhbət zamanı Trump-ın Joe Biden barədə təhqiqatın keçirilməsini istədiyinin şahidi olub.

Daha sonra həmin əməkdaşın Trampın Ukrayna barədə nə düşündüyü barədə sualına Sondland cavab verib ki, ABŞ prezidentini daha çox Biden barədə təhqiqatın başlanması maraqlandırır.

Taylor bunu da deyib ki, sözü gedən əməkdaş Sondlandla bu söhbəti barədə ona keçən həftə məlumat verib.

Konqres dinləmələri demokratlar və respublikaçılar arasında kəskin, lakin ümumən sakit çəkişmələrlə başa çatıb.

Noyabrın 13-də Konqres qarşısında Taylor və dövlət katibinin Avropa və Avrasiya işləri üzrə müavini George Kent ifadə veriblər.

Konqresdə Donald Tramp barəsində impiçment araşdırmasına rəhbərlik edən demokrat millət vəkili Adam Schiff deyib ki, bu araşdırmanın məqsədi prezidentin öz səlahiyyətlərini aşıb-aşmadığını üzə çıxarmaqdır:

"2014-cü ildə Rusiya ABŞ-ın müttəfiqi Ukraynanın Qərbə doğru meyllənməsinin qarşısını almaq və Putinin Rusiya imperiyasını bərpa etmək arzusunu reallaşdırmaq məqsədilə bu ölkəyə müdaxilə edib”.

Schiff bunu da deyib ki, daha sonra Rusiyanın daha güclü qüvvələri ilə qarşıdurmada 14 min ukraynalı həlak olub.

Demokrat millət vəkili bildirib ki, impiçment araşdırmasından məqsəd Trampın "bizim müttəfiqimizin zəifliyindən sui-istifadə edib-etmədiyini, Ukraynanı bizim seçkimizə müdaxiləyə dəvət edib-etmədiyini aşkara çıxarmaqdır”.

Schiff deyib ki, "məsələ bu qədər bəsit və dəhşətlidir”.

Onun sözlərinə görə "əgər bu hərəkət impiçmentlik deyilsə, onda impiçmentlik olan nədir?”

Demokratlar prezident Trampı onun 2020-ci il seçkisində potensial rəqibi olacaq keçmiş vise-prezident Joe Biden-ə qarşı cinayət təhqiqatına başlanması üçün Ukraynaya təzyiq göstərməkdə ittiham edirlər.

Lakin Konqresin Kəşfiyyat Komitəsinin üzvü, respublikaçı Devin Nunes Trampı qızğın şəkildə müdafiə edib və deyib ki, onun Ukraynanın 2016-cı il ABŞ seçkisinə müdaxiə etdiyinə dair iddiaların araşdırılmasını istəməsində heç bir qeyri-təbiilik yoxdur.

O iddia edib kİ, "demokratlar, korrupsiyalı media və partiyalı məmurlar 2016-cı il prezident seçkisinin nəticələrinə şübhə yaratmağa çalışırlar”.

Nunes deyib ki, Trump, Ukrayna prezidenti Volodymyr Zelenskidən Biden-in təhqiq olunmasını istəməklə heç bir qanunsuzluğa yol verməyib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo