21:30, 15 Avqust 2019 (Cümə axşamı) 103

Deport olunmaq istəməyən azərbaycanlı biləyini kəsib

Deport olunmaq istəməyən azərbaycanlı biləyini kəsib
Almaniyada qaçqın statusu üçün müraciət etmiş azərbaycanlı özünə xəsarət yetirib.

Məlumatı "Leqat” inteqrasiya mərkəzi yayıb.

Məlumata görə, Almaniyada qaçqın statusu üçün müraciət etmiş, Ibbenburen şəhərində məskunlaşan Hüseyn adlı azərbaycanlı özünə xəsarət yetirib.
Dublin sazişinə görə, Italiyaya göndərilmək istəyən azərbaycanlı etiraz olaraq biləyini kəsib.

Hər iki qoluna kəsici alətlə kəsərək xəsarət yetirən Hüseyn adlı şəxs 2 ay əvvəl Italiya vizası ilə Almaniyaya gəlib. 14 avqustda polislər onu məcburi qaydada Italiyaya deport etmək istədikləri zaman özünə xəsarət yetirib. 

Hüseyn Kəlbəcər rayonunda anadan olub. Məlumata görə evlidir və 8, 12 yaşlarında iki azyaşlı uşağı var. O, təcilli yardimla xəstəxanaya çatdırılıb.

19 iyulda Dublin qərarinin icrasina etiraz edən Humay Məmmədova da Almaniyada intihar edib.

Dublin sazişinə görə, Avropanın hər hansı ölkəsinə qaçqın statusu üçün müraciət edənlərin ərizəsindən imtina edildikdən sonra sazişinin tələbinə uyğun olaraq viza aldıqları ölkəyə qaytarılır.

Uğur Fərzəli