13:41, 18 İyun 2019 (Çərşənbə axşamı) 65

Deputat: "Azərbaycanda bələdiyyə seçkilərinə marağ azdır"

Deputat:
"Azərbaycanda bələdiyyə seçkilərinə marağı artıra bilmək üçün ilk növbədə bu qurumun statusu artırılmalıdır".

AzadliqRadiosu xəbər veri ki, bunu deputat Fazil Mustafa deyib.

Azərbaycanda bələdiyyə seçkilərinə əhalinin münasibətinə gəlincə, deputat hesab edir ki, ölkədə ona marağı azaldan kifayət qədər problemlər var. "Azərbaycanda bələdiyyələrin səlahiyyətsizliyi, yerli idarəetmə qurumu kimi yerli problemin həllində özünü təsdiq edə bilməməsi və maliyyə vəsaitlərinə malik olmaması əsas problemlərdir", - deputat bildirib.

F.Mustafa hesab edir ki, ilk növbədə bu qurumun statusu artırılmalıdır: "Fikrimcə, statusu, səlahiyyətləri artırılmaqla bələdiyyələr dinamik inkişafda olan qurum kimi özlərini təsdiq edə bilsə, bələdiyyə seçkilərinə maraq artacaq".

Bu il Azərbaycanda 5-ci dəfə bələdiyyə seçkiləri keçirilməkdədir.

Bir çox ekspertlərin gəldiyi ortaq fikrə görə, istər qonşu Gürcüstan, istərsə də Türkiyə ilə müqayisədə Azərbaycanda bələdiyyə seçkilərinə maraq az olub.