15:09, 21 Sentyabr 2019 (Şənbə) 930

Deputat borcla bağlı açıqlama verib

Deputat borcla bağlı açıqlama verib
Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılov borca görə məhkəməyə verilməsi barədə yayılmış xəbərə münasibət bildirib.

"Modern.az" saytı məsələ ilə bağlı deputat Rafael Cəbrayılovla əlaqə saxlamağa çalışıb.

O sayta açıqlamasında bu barədə danışmayacağını bildirib: "Bu, tamam başqa məsələdir. O adamla dostam. Xaricə gedəndə hesaba pul qoyulmalıdır ki, gedən adam qayıdıb gələcək. Başqa heç nə danışmaq istəmirəm. Susuram”.