17:36, 21 Noyabr 2019 (Cümə axşamı) 89

Deputat Yevda Abramov xəstəxanaya yerləşdirilib

Deputat Yevda Abramov xəstəxanaya yerləşdirilib
Milli Məclisin deputatı Yevda Abramovun səhhətində problem yaranıb.

Bu barədə APA-ya deputatın oğlu məlumat verib.

O bildirib ki, bir neçə gün bundan öncə Yevda Abramov Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib: "Hazırda o, xəstəxanada müalicə olunur”.

Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədrinin müavinidir.