Siyasət

Deputat:"Vaxt gələcək ki, bu faciəni törədənlər ədalət kürsüsündə oturacaqlar"

26 Fevral, 2019
1047
27 il öncə fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xocalıda qətliam törədiblər. 

Ötən illər ərzində Xocalıda baş verən hadisələri və Dağlıq Qarabağın işğal edildiyini Azərbaycan tərəfi tanıtmağa, dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışıb.  

Bəs bu illər ərzində Xocalı həqiqətləri dünya ölkələri və ictimaiyyəti tərəfindən tanınıbmı?
 
"Xocalı məsələsi ətrafında möhtəkirliyə son qoyulmalıdır”
 

Politoloq Zərdüşt Əlizadə ToplumTV-yə verdiyi açıqlamasında bildirib ki, Xocalı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə yetərli qədər çatdırılıb: "Xocalı həqiqətləri bütün dünyaya çatdırılıb, bundan artıq nə etməlidirlər? Həcminə, miqyasına görə, Xocalıdan qat-qat böyük cinayətlər törədilib. O boyda Suriyanı, Yəməni, Liviyanı dağıdıblar. Onda onlar da gecə-gündüz Suriya həqiqətlərini dünyaya çatdırmaqla məşğul olmalı idilər? Xocalı məsələsi ətrafında möhtəkirliyə son qoyulmalıdır. Olub, keçib, yaddadır, Allah rəhmət eləsin. Sadəcə, çalışmaq lazımdır ki, belə hadisələr təkrarlanmasın. Xocalı soyqırımı ilə bağlı kampaniyaların əsas məqsədi xalqın diqqətini əsas məsələdən yayındırmaqdır. Əsas məsələ ondan ibarətdir ki, xalqın sərvəti talan edilib. İkinci olaraq da, Qarabağın qaytarılması ilə bağlı dövlət tələb olunan siyasəti yürütmür. Diqqəti yayındırmaq üçün Xocalı məsələsində möhtəkirlik edilməməlidir".
 
"Artıq bütün dünya ölkələri başımıza gələn bu faciəni bilir”

Deputat Yevda Abramov Xocalı həqiqətlərinin dünyanın diqqətinə çatdırmaq üçün uzun illərdir zəhmət çəkdiklərini deyib: "Siz elə bilirsiniz ki, bütün dünya ölkələri başımıza gələn hadisələri bir ilin içində qəbul edəcəkdi? Bunun üçün iş aparmaq lazımdır. Vitse-prezident kampaniyalar hazırlayır. Hər il mütəmadi olaraq, bu kampaniyalar keçirilir. Nəticədə dünyanın 18 dövləti, 23-ə qədər ABŞ ştatı, İslam Əməkdaşlıq Təşkilatının bütün üzvləri Xocalıda baş verənləri soyqırım olaraq qəbul ediblər. Bu, uğur deyilmi? Biz neçə illərdir ki, ABŞ-da, İsraildə zəhmət çəkirik, iş aparırıq. Artıq bütün dünya ölkələri başımıza gələn bu faciəni bilir. Amma nə olsun? Dünyada çoxstandartlı siyasət var. Böyük güclər kiçik dövlətlərin faciəsinə dayanır. Lakin vaxt gələcək ki, bu faciəni törədənlər ədalət kürsüsündə oturacaqlar, həm də bunun yaxın gələcəkdə olacağına inanıram”.

Xarici İşlər Nazirliyinin daha öncəki illərdəki bəyanatlarında Xocalı soyqırımının tanınmasının Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilildiyi deyilib.

Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır.

XİN- in rəsmi səhifəsində Xocalıda baş verən hadisələr soyqırım olaraq ifadə edilib və xasarət alanların statistikası göstərilib: "1992-ci ilin fevralında Xocalı şəhərində Azərbaycan əhalisinə qarşı görünməmiş soyqırım törədildi. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı piyada alayının köməyi ilə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yerləşən və münaqişəyə qədər 23,757 nəfər əhalisi olan və ümumi ərazisi 0,94 kvadrat kilometrə çatan kiçik bir şəhəri-Xocalını istila etdilər”.

Azərbaycan tərəfinin rəsmi məlumatlarına görə, Xocalıda baş verən qətliamda 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib, 1,275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bugünədək naməlum qalıb.

487 nəfər Xocalı sakini əlil olub və onlardan 76 uşağın isə hələ heç yaşı tamam olmayıb. 6 ailə tamamilə məhv edilib, 26 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirib.

Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vururaq öldürülüb.

Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Lakin prezident idarə üsulu olan dövlətlərdə parlamentin Xocalı hadisələrini soyqırım olaraq tanıması, dövlətin rəsmi mövqeyini ifadə etmir.
 
Ermənistan xarici siyasətinin başlıca istiqamətlərindən biri də, türklər tərəfindən soyqırım edildiklərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Erməni soyqırımıni dövlət səviyyəsində Azərbaycan və Türkiyə rədd edir.

Müstəqil dövlətlərdən Argentina, Ermənistan, Almaniya, Belçika, Kanada, Çili, Kipr, Fransa, Yunanıstan, İtaliya, Litva, Livan, Niderland, Polşa, Rusiya, Slovakiya, İşveç, İsveçrə, Uruqvay, Vakitikan,  Venesuela, Boliviya, Avstriya kimi erməni soyqırımını tanıyıb.  

Bundan başqa, parlamet səviyyəsində ABŞ-ın 50 ştatından 49-u erməni soyqırımını tanıyır.

Əminə Məmmədova
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo