Sosial

“Dərdimi danışdım, dedilər ki, bizlik deyil”

27 Mart, 2020
1178
Uçuq-sökük bir otaqlı ev, qabar olmuş əllər və bütün ailənin ağırlığını çiyinlərində daşıyan tək qadın...

"Özünüz bilirsiz kənd həyatını. Qazanc yox, dolanışıq çətin. Hər şey gündən-günə daha da çətinləşir. Xadiməçiliklə yaşayıb gedirik. Yenə də şükr Allaha”, –  dolanışığından danışan 61 yaşlı Rəhilə Alıyeva Toplum.tv-yə deyir.

Kürdəmir rayonunun Köhünlü kəndində onu tanımayan bir nəfər də tapmaq olmaz. 

Üç nəfərlik ailənin bütün yükünü çiyinlərində daşıyan Rəhilə Alıyeva damı uçuq, divarları çiy kərpicdən hörülmüş birotaqlı evdə həyat yoldaşı Amil Alıyev və qızı Aytac Alıyeva ilə birlikdə yaşayır: "Yoldaşım əsəb xəstəsidir. Ona işləmək olmaz. Heç imkansızlıqdan xəstəxanaya da apara bilmirik. Elə ancaq iynə-dərmanla yaşadırıq. Qızımın da revmatizması var. Ağrıları tutanda qalırıq elə-belə, çarəsiz”. 


Ailənin yeganə qazanc mənbəyi onun Köhünlü kənd məktəbində xadiməlik edib qazandığı maaşdır: "30 ildir ki, bu məktəbdə qış-soyuq demədən işləyirəm. Aylıq da 230 manat gəlirim olur. Sağ olsunlar ki, heç olmasa maaşımızı vaxtında verirlər. Məktəbdən şikayətim yoxdur. Amma başqa heç yerdən bir qəpik girmir bu evə. Qazandığım maaşla ailəmi birtəhər dolandırmalı oluram”. 

Aldığı 230 manatın bəzən dava-dərmana belə çatmadığını deyir: "Aldığım pul da iynə-dərmanımızı da ödəmir heç, o ki qaldı yemək-içmək. Heç bir kəsdən də bir qəpik pul almırıq”. 

Rəhilə Alıyeva uçulub dağılmaqda olan evinin təmir edilməsi üçün İcra Nümayəndəliyinə müraciət etsə də, müsbət cavab almayıb: "Kür daşanda evləri təmir edirdilər. Mən də gedib müraciət elədim. Gəlib baxdılar, dedilər ki, bu evin altı təzədir. Amma özünüz görürsüz də...”

O, ünvanlı sosial yardım almaq üçün kənd İcra Nümayəndələyinə müraciət edib: "Dərdimi danışdım, dedilər ki, bizlik deyil. Neçə dəfə demişəm, ancaq bizə bir yardım göstərməyiblər”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı Toplum TV-yə bildirib ki, ünvanlı sosial yardımla bağlı müraciət edilməsi və onun təyin olunması prosesi elektron sistem üzərindən aparılır.
 
"Sosial yardım almaq üçün müraciətdən əvvəlki son 12 ay ərzində orta aylıq gəliri qanunvericilikdə nəzərdə tutulmuş səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə ailənin orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüquna malikdirlər”, – o deyib.

Fazil Talıblı bildirib ki, ehtiyac meyarının məcmusu ehtiyac meyarı məbləğinin (hazırda 160 manat) ailə üzvlərinin sayına vurulması yolu ilə hesablanır: "Əgər ailənin əmək qabiliyyətli üzvü müvafiq qanunvericilikdə nəzərdə tutulmuş səbəblər istisna olmaqla digər səbəblərdən işləməzsə ünvanlı dövlət sosial yardımın verilməsindən imtina edilir”, – o əlavə edib. 

İqtisadçı ekspert Rəşad Həsənov isə deyir ki, Azərbaycanda ən çox narahatlıq doğuran məqamlardan biri də ünvanlı sosial yardım alınması ilə bağlı "ədalətsizlik, qeyri-şəffaflıqdır”: " Bir çox hallarda insanlar bu imtiyazlardan sui-istidə edirlər. Nəticədə kütləvi tələb formalaşır və korrupsiya mühiti yaranır. Bu da ona gətirib çıxarır ki, aidiyyatı qurumun əməkdaşları qeyri-rəsmi sövdələşmələrlə insanlara ünvanlı sosial yardımdan istifadə hüququ yaratsınlar”. 

Ekspertin sözlərinə görə, doğrudur, ünvanlı sosial yardım üçün müraciət qaydası elektronlaşdırılıb, prosesin daha da şəffaflaşdırılması istiqamətində müəyyən addımlar atılıb: "Bununla belə hər şey şəffaflaşıb deyə bilmərik. Çünki kifayət qədər şikayətlər var. Rəsmi statistika da göstərir ki, bu istiqamətdə nə qədər cinayət baş verir. Həm də bu elektron sistem də kimlərsə tərəfindən idarə olunur axı”. 

Rəhilə Alıyeva isə deyir ki, o bu vəziyyətdə sosial yardım ala bilməsə də, başqaları alır.

Şəbnəm Adil

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo