İqtisadiyyat

“Devalvasiyadan sonra biznesin inkişafı ilə bağlı heç bir addım atılmadı"

26 Dekabr, 2019
628
Azərbaycan iqtisadiyyatının kredit yükü illik müqayisədə 3 faiz bəndi artaraq cari il noyabrın 1-nə 22 faizi ötüb. 

2019-cu il noyabrın 1-nə əsasən Azərbaycanda iqtisadiyyatın kredit yükünün 22,1 faizini qeyri-neft iqtisadiyyatı təşkil edib. 

Nəticədə ölkə iqtisadiyyatının kreditlə yüklənməsi ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz bəndi, o cümlədən qeyri-neft iqtisadiyyatı üzrə 3 faiz bəndi artıb. 

Ötən ilin müvafiq dövründə iqtisadiyyatın kreditlə yüklənməsi 18,8 faiz, qeyri-neft iqtisadiyyatının kredit yükü isə 33 faiz olub.

İqtisadçı Natiq Cəfərli deyib ki, Azərbaycanın bankların və biznesin kreditləşməsi ilə bağlı siyasətində bir sıra amil ciddi rol oynayır: "Devalvasiya zamanı 10 min dollara qədər zərər görmüş vətəndaşların problemləri müəyyən qədər həll olundu. Amma biznes və qeyri-neft sektorunda olan kreditlərin qaytarılması ilə bağlı heç bir addım atılmadı. Həmin kreditlər hələ də bankların balansında kredit yükü kimi qalır. Və bu borcun üzərinə hər dəfə faiz hesablanaraq şişir. Bu rəqəmlərin şişməsi isə iqtisadiyyatın kredit yükünü artıran amilə gətirib çıxarır. Yəni real olaraq iqtisadiyyata kredit qoyulmur, eyni zamanda əvvəlki kreditlər üzərinə gələn faizlərin hər dəfə yüksəlməsi rəqəmləri artırır”. 

Ekspert digər problemi isə bankların daha çox istehlak kreditlərinə yönəlməsində görür: "Verilmiş kreditlərin az qala yarısı istehlakla bağlı olduğundan bu da iqtisadiyyada disbalans yaradır. Nəticədə, iqtisadiyyatda balanslılığın pozulmasına gətirib çıxarır. Əslində, çarxlar normal dönürsə, yeni iş yerləri açılırsa, kredit yükünün olması bir o qədər böyük problem deyil. İstehsalın artımına, qeyri-neft sektorunda əlavə dəyər yaradılmasına yönələn kreditlərin həcmi artmır. Son zamanlar iqtisadiyyat yükünün artması həm rəqəmsal olaraq biznesin problemli kreditləri, həm də istehlaka ayrılan kreditin yüksək olması ilə əlaqədardır". 

"Bəzi istehlak kreditləri qeyri-neft sektoruna məxsus olan satış şəbəkələri vasitəsi ilə verildiyindən bu da onların balansında görünür”,- deyə N.Cəfərli bildirib.

Roza Məmmədova

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo