21:33, 05 Dekabr 2018 (Çərşənbə) 99

DGK: Müsadirə edilən tütün məmulatları yalnız məhv edilir

DGK: Müsadirə edilən tütün məmulatları yalnız məhv edilir
Gömrük orqanlarının müsadirə edilən siqaretlərin üzərinə aksiz markası vurmaq səlahiyyəti yoxdur və qanunvericiliyə görə gömrük orqanları müsadirə etdikləri tütün məmulatlarını yalnız məhv edir.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, dekabrın 5-də sosial şəbəkələr vasitəsilə yayılan videoda gömrük orqanlarına qarşı əsassız ittihamlar irəli sürülüb:

"Belə ki, videonu lentə alan və yayımlayan şəxs siqaret qutusunun aksiz markasının "GU” hərflərindən ibarət seriyasındakı G hərfinin gömrük mənasını verdiyini iddia edir və müsadirə edilən siqaretin guya gömrük orqanları tərəfindən qeyri-qanuni yolla satışının təşkil olunduğuna eyham vurur.

DGK bildirir ki, videoda əks olunan siqaret qutusunun üzərindəki "G” hərfi "gömrük” mənasını vermir və aksiz markasının seriyasıdır. Üstəlik bu Azərbaycan əlifbasindakı hərflərdən hər hansı biri də ola bilər".