12:58, 12 Sentyabr 2019 (Cümə axşamı) 51

DİM buraxılış imtahanı verən şagirdlərin nəticələrini açıqlayıb

DİM buraxılış imtahanı verən şagirdlərin nəticələrini açıqlayıb
Sentyabrın 8-də ümumi orta təhsil bazasında buraxılış imtahanının I mərhələsi və tam orta təhsil bazasında buraxılış imtahanı verən şagirdlərin nəticələri elan olunub. 

Bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Verilən xəbərə görə, imtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, həmçinin cavab vərəqələrinin qrafik təsviri ilə tanış ola bilərlər.

Məlum olduğu kimi, DİM 2019-cu il sentybarın 8-də Bakı və Gəncə şəhərlərində cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahanlar keçirib.