11:15, 26 Oktyabr 2020 (Bazar ertəsi) 64

DİN əhalini sayıqlığa çağırdı

DİN əhalini sayıqlığa çağırdı
Ermənistanın vaxtilə Azərbaycana qarşı törətdiyi terror aktları unudulmamalıdır. 
 
 Daxili İşlər Nazirliyinin əhaliyə müraciətində belə deyilir. 
 
 Müraciətdə əhaliyə təşvişə qapılmadan bir an da olsun sayıqlığını itirməməsi tövsiyə olunur. 
 
Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir. 

Oktyabrın 10-da və 18-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında humanitar atəşkəs razılaşması imzalanıb.