Siyasət

DİN media nümayəndələrinə xəbərdarlıq edib

11 Yanvar, 2020
503
Daxili İşlər Nazirliyi (DİN) media nümayəndələrinə xəbərdarlıq edib.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, qurumun Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov media nümayəndələrinə müraciət edərək onları fəaliyyətlərini qanunamüvafiq qurmağa, dəqiqləşdirilməmiş, yoxlanılmamış şayiə xarakterli məlumatlardan istifadə etməməyə çağırıb.

O bildirib ki, Tovuz rayonunda törədilən qətlin üstünün açılmasına, cinayəti törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək tutulmasına, bununla əlaqədar Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən rəsmi məlumatın yayılmasına baxmayaraq, yenə də bəzi xəbər saytları, ayrı-aryı sosial şəbəkə istifadəçiləri, özlərini hüquq eksperti adlandıran şəxslər dövlətin mötəbər qurumlarının yaydığı rəsmi məlumatı bir kənara qoyaraq, istintaqın başa çatmasını gözləmədən qeyd olunan cinayətlə bağlı öz mülahizələrini, ehtimallarını, orda-burda eşitdikləri ara söhbətlərini heç bir dəqiqləşdirmə aparmadan tirajlayırlar. Belələri fərqinə varmırlar ki, onlar bu cür uydurma, əsassız məlumatlar yaymaqla ən birinci elə qətlə yetirilən şəxsin ailəsinə, əzizlərinə əlavə mənəvi və psixaloji zərbə vurmuş olurlar. Onlar hansı yolla olursa olsun, oxucu və izləyici auditoriyası çox az olan saytlarına, sosial şəbəkədəki səhifələrinə aldatma yolu ilə oxucu və izləyici cəlb etməkdir ki, bu da həm "KİV haqqında” Qanuna, həm də jurnalist etikasına tamamilə ziddir.

Ona görə də DİN-in rəsmisi olaraq süni reytinq qazanmaq üçün öz təxəyyülərinin məhsulu olan uydurma məlumatları, şaiyələri ictimailəşdirənlərə həm tövsiyə, həm də xəbərdarlıq edirəm ki, ölkəmizdə bərqərar olmuş kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadə etməsinlər. İnsanlara mənəvi ziyan vuran, onlarda dövlətin hüquq mühafizə siyasətinə etimadsızlıq yaratmağa yönəli qanunsuz əməllərdən çəkinsinlər.

Eyni zamanda daxili işlər orqanlarının işgüzar imicinə, nüfuzuna, onun cinayətkarlığa qarşı həyata keçirdiyi əməliyyat-istintaq fəaliyyətinə xələl gətirən, mane olan dəqiqləşdirilməmiş, yoxlanılmamış şaiyələrdən, əsassız və uydurma xəbərlərdən istifadə etməsinlər. Əks təqdirdə belə yazıların, xəbərlərin müəlliflərinə və onları yayan KİV vasitələrinə qarşı hüquq müstəvisində, qanunvericiliyin tələblərinə uyğun bütün lazımi tədbirlər görüləcəkdir.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo