18:40, 11 Yanvar 2020 (Şənbə) 18

Donald Tramp: "ABŞ İraqın infrastrukturuna milyardlarla dollar xərcləyib"

Donald Tramp:


/ DÜNYA
ABŞ hərbi qüvvələrini İraq ərazisindən çıxararsa, bu ölkə ərazisində tikdikləri hərbi baza və səfirlik binaları üçün təzminat tələb edəcək.

Bu barədə "Fox News”a müsahibəsində ABŞ prezidenti Donald Tramp bildirib.

O, İraqın infrastrukturuna milyardlarla dollar vəsait sərf etdiklərini, bu xərclərin ödənilməsinin vacibliyini dilə gətirib.

D.Tramp həmçinin İraqa məxsus 35 milyard dollaradək maliyyə vəsaitlərinin ABŞ banklarında yerləşdirildiyini də xatırladıb.