11:15, 28 İyun 2019 (Cümə) 104

Donald Tramp ilə Vladimir Putinin görüşüb

Donald Tramp ilə Vladimir Putinin görüşüb


/ DÜNYA
Yaponiyanın Osaka şəhərində "Böyük-20”liyin ("G-20”) zirvə toplantısı çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib.

Məlumatı RİA "Novosti” yayıb.

"Danışmaq üçün çox məsələ var. Bütün mövzular müəyyənləşdirilib”,- görüşün əvvəlində V.Putin bildirib.

D.Tramp da öz növbəsində ticarət və tərk-silah məsələləri də daxil olmaqla müzakirə edəcəkləri çoxsaylı mövzunun olduğunu vurğulayıb: "Bizim çox maraqlı müzakirəmiz olacaq”.