16:09, 17 Oktyabr 2020 (Şənbə) 119

Donald Tramp: “Məğlub olsam, böyük ehtimal, ABŞ-ı tərk etməli olacam”

Donald Tramp: “Məğlub olsam, böyük ehtimal, ABŞ-ı tərk etməli olacam”
Donald Tramp 3 noyabrda keçiriləcək prezident seçkilərində Co Baydenə məğlub olarsa, böyük ehtimal, ABŞ-ı tərk etməli olacağını deyib. Ağ Ev rəhbərinin sözlərinə görə, belə olduğu halda, "siyasət tarixindəki ən pis namizədə uduzduğunu" etiraf etməli olacaq. 

TASS xəbər verir ki, Tramp bu sözləri Corciya ştatında tərəfdarları qarşısında çıxış edərkən söyləyib. 


Tramp hətta yanında heç kim olmayanda da Co Baydenin virusa görə maska taxdığına növbəti dəfə diqqət çəkib: "Amma mən bu barədə zarafat etməməliyəm. Bilirsiniz niyə? Çünki prezident seçkiləri tarixində ən pis namizədlə rəqabət aparmaq üçün seçki təşviqatı aparmağın özü belə mənim üçün təzyiq altında olmaq deməkdir".


"Təsəvvür edin, mən məğlub oluram. Onda  nə edəcəm? Siyasət tarixinin ən pis namizədinə məğlub olduğumu etiraf etmək məcburiyyətində qalacam. Bunda fəxr edilməli bir şey yoxdur, ola bilsin, mən hətta ölkəni tərk etməli olacam."


Son rəy sorğularında demokratların namizədi Co Baydenin prezident seçilmək şanslarının daha yüksək olduğunu göstərir. Əksər sorğularda Donald Tramp rəqibindən böyük fərqlə geri qalır.