16:05, 12 Dekabr 2019 (Cümə axşamı) 77

Donbasın xüsusi statusu uzadılıb

Donbasın xüsusi statusu uzadılıb


/ DÜNYA
Ukrayna deputatları ölkənin şərqindəki Donetsk və Luqansk regionlarının yerli özünüidarəsi ilə bağlı xüsusi statusunu 2020-ci il dekabrın 31-dək uzadıb.

AzadlıqRadiosu xəbər verir ki, dekabrın 12-də parlamentin iclasında 320 deputat qanun layihəsinin lehinə səs verib. Parlamentdə 450 deputat var və qanunun keçməsi üçün 226 sadə səs çoxluğu bəs edirdi.

Sənədi Verxovna Radaya hakim Xalqın Xidmətçisi partiyasının parlamentdəki təmsilçiliyinin rəhbəri Davyd Arakhamia və onun müavini Oleksandr Korniyenko dekabrın 10-da təqdim edib.

Donbas adlanan regionunun yerli özünüidarəsilə bağlı xüsusi qanun ilk dəfə 2014-cü ilin sentyabrında üç illiyə qəbul olunub. Həmin il Moskva Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra Rusiya Donbasdakı separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan münaqişədə 13 mindən çox adam öldürülüb.

Qanunun vaxtı iki dəfə uzadılıb və 2019-cu il dekabrın 31-də bitməliydi.