11:47, 10 Yanvar 2019 (Cümə axşamı) 166

Dünya Bankı iqtisadi artımla bağlı gözlənitlərini azaldıb

Dünya Bankı iqtisadi artımla bağlı gözlənitlərini azaldıb


/ DÜNYA
Dünya Bankı ən son yarım illik hesabatında bildirib ki, ticarət münaqişələrinin dünya iqtisadiyyatına mənfi təsirləri var.

"Qaralan Səma” adlı hesabatında təşkilat bildirib ki, qlobal iqtisadi artım azalıb, ticarət gərginlikləri davam edir, iqtisadi gözləntilərlə bağlı risklər artıb.

Hesabatda 2019-cu və daha sonrakı iki ildə qlobal artımın hər il 0.1 faiz azalacağı proqnozlaşdırılır.

Təşkilat bildirir ki, buna ən çox Amerika iqtisadiyyatı təsir göstərəcək. Onlar ABŞ-ın iqtisadi artımının bir neçə il ərzində 2.9 faizdən 1.7 faizə enəcəyini təxmin edir.

Bu arada isə Dünya Bankının İnkişaf Perspektivləri Qrupunun meneceri Franziska Ohnsorge Çin və Birləşmiş Ştatların qlobal iqtisadiyyatın mənfəəti üçün hazırda davam edən ticarət gərinliyinə çözüm yolu tapmalarının vacibliyini vurğulayıb.

"Problem ondadır ki, bunlar dünyanın iki ən böyük iqtisadiyyatıdır və onlar arasında ticarət gərinliyi yaşanır. Qlobal ticarətin 20 faizi və qlobal istehsalın 40 faizi birlikdə ABŞ və Çinin payına düşür. Əgər ticarət gərinliyi bu iki iqtisadiyyatda artıma mane olsa və ya artımı yavaşladsa, bunun bütün dünyaya təsirləri olacaq. Bu səbəbdən də biz 2019-cu ilin ikinci yarısında hər iki ölkədə iqtisadi artımın 1 faiz azalması halında nələrin baş verəcəyinə nəzər salırıq”, o deyir.

Onun sözlərinə görə isə bu, qlobal artımı 2019 və 2020-ci illərdə müvafiq olaraq 0.75 və 1 faiz azaldacaq.