11:31, 18 Mart 2020 (Çərşənbə) 119

Dünya Bankı virusla mübarizə fondunu 2 milyard dollar artırıb

Dünya Bankı virusla mübarizə fondunu 2 milyard dollar artırıb
Dünya Bankı (WB) üzv dövlətlərin koronavirusla mübarizəsinə dəstək vermək üçün yaratdığı maliyyə fondunu 2 milyard ABŞ dolları artıraraq 14 milyard ABŞ dollara çatdırıb.

"Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bununla da Dünya Bankının törəmə təşkilatı - Beynəlxalq Maliyyə Korporasiyası (IFC) özəl şirkətlərə və onların işçilərinə dəstək olmaq üçün ümumilikdə 8 milyard ABŞ dolları məbləğində maliyyəyə sahib olub.