14:44, 27 Aprel 2020 (Bazar ertəsi) 165

Dünya iqtisadiyyatı bu il neçə faiz azalacaq?

Dünya iqtisadiyyatı bu il neçə faiz azalacaq?
Koronavirus pandemiyasının yaratdığı iqtisadi şoklar fonunda bu il dünya iqtisadiyyatı 4% azalacaq.

"APA-Economics"in verdiyi məlumata görə, bu barədə "Bloomberg Economics"in ekspertlərinin yeni araşdırmalarında deyilir.

Araşdırmalara əsasən, qlobal istehsal 6 trln. ABŞ dollarından çox itirəcək. Hesablamalara görə, 2020-ci ildə ABŞ iqtisadiyyatı 8,1%, Yaponiya iqtisadiyyatı isə 4% azalacaq. Çin iqtisadiyyatda artım gözlənilsə də, artım templərinin cüzi olacağı proqnozlaşdırılır.

Buna baxmayaraq, iqtisadçıların fikrincə, bu böhranın əsas lokomotivi iqtisadi və maliyyə tarazsızlığı olmadığı üçün ölkələrin belə bir böhrandan sonra tez və balanslı şəkildə bərpa olmaları mümkündür.