18:43, 21 Dekabr 2018 (Cümə) 618

Dünyada gender bərabərsizliyini aradan qaldırmaq üçün 200 il lazımdır

Dünyada gender bərabərsizliyini aradan qaldırmaq üçün 200 il lazımdır


/ DÜNYA

Bu həftə açıqlanan hesabata görə, sorğuda iştirak edən 149 ölkədən 88i maaş kimi və siyasi nümayəndəliyin bərabərsizliyini aradan qaldırmaq kimi mövzularda irəliləyiş əldə etdi.

Hesabatda bildirilir ki, bütün sahələrdə gender bərabərsizliyini aradan qaldırmaq 100 ildən çox davam edəcəkdir. 
 

Əslində, bəzi əsas vəziyyətlərlə müqayisədə 100 il olduqca optimist vaxt hesab olunur.

Qurum gender bərabərsizliyinin ən pis olduğu beş sahəni tərtib edib:

1. Əmək haqqı bərabərsizliyini həll etmək üçün 200 il lazımdır
 

Dünya səviyyəsində iqtisadi fəaliyyətdə iştirak bərabərsizliyi çox ciddidir, lakin siyasi hakimiyyət məsələsində vəziyyət daha da pisləşir. Lakin siyasətdəki fərq daha sürətli bağlanır.

Siyasətdə bərabər iştirak əldə etmək üçün 107 il keçməlidir. Beynəlxalq Əmək Təşkilatının nəşr etdiyi son hesabatda qadınlar və kişilər arasında qlobal gəlir fərqi təxminən 20 faizdir.
 
Hesabata görə, dünyada qadın işçi qüvvəsi 35 faizdən aşağıdır. Gender bərabərsizliyi indeksi baxımından ən yaxşı ölkə İslandiya, qadınların iqtisadi həyatda və bərabər imkanlarda iştirakına görə isə Laos birinci hesab olunur. 29 ölkədə qadınların ev işlərinə və başqa işlərə kişilərə nisbətən iki dəfə çox vaxt sərf etdiyi bəlli olub.

2. Dövlət müəssisələrində karyerə yüksəlişi məhdudiyyəti

Qlobal Gender Hesabatında iştirak etmiş 149 ölkənin yalnız 17-sinin lideri qadınlardır. Bu, təxminən 11 faizə yaxındır. Son 50 ildə 149 ölkədə dövlət rəhbəri olmuş qadınların vəzifə müddəti  orta hesabla 2,2 il olub.
 

Parlamentlərdə deputatların 24 %-i qadınlardır. Bu sahədə orta hesabdan çox yüksək olan ölkələrdən biri Ruandadır. 

Bu ölkə 61,3 %-lə dünya üzrə ən yüksək qadın təmsilçiliyinə sahibdir. Ruanda, həmçinin gender bərabərliyi indeksində altıncı yeri tutur.

3.Bəzi ölkələrdə təhsilə çatımlılıqda çətinliklər davam etməkdədir

DİF-in məlumatına görə, 44 ölkədə qadınların savadsızlıq səviyyəsi 20 %-dən çoxdur. Bu sahədəki ən pis göstərici savadlılığın 13% olduğu Çadın payına düşür. Lakin qlobal miqyasda təhsilə çatımlılıqdakı gender bərabərsizliyinin aradan qaldırılması üçün14 il tələb olunduğu vurğulanır. Dünyada orta təhsilli uşaqların 65%-i qızlar, 66%-i oğlanlardır. Ali təhsil məsələsində isə bu nisbət kəskin fərqlənir. Belə ki, qızların 39, oğlanların 34%-i universitetə daxil olur.

4. Sağlam tarazlıq

Hesabatda bildirilir ki, qlobal miqyasda sağlamlıq və həyatda qalmaq məsələsində gender bərabərsizliyi azalıb. Bu indeks yaşamaq müddətinə və səhiyyə xidmətlərinə çatımlılıq səviyyəsinə əsaslanır. Küveyt, Butan və Bəhreyndən başqa bütün ölkələrdə qadınlar kişilərə nisbətən daha çox yaşayırlar.

5. Bərabərsizliyin qarşısını təkcə pulla almaq olmaz

Gender bərabərsizliyi indeksində ən yüksəkdə dörd inkişaf etmiş ölkə - İslandiya, Norveç, İsveç və Finlandiyanın dayanmasına baxmayaraq,ümumi tendensiyası zəngin ölkələrə doğru hələ yönəlməyib. Beşinci Nikaraqua, altıncı Ruanda, səkizinci Filippin və onuncu yerdə Namibiya olmaqla ilk 10-luqda inkişaf etməkdə olan dörd ölkə yer alır.

Dünyada ən böyük iqtisadiyyata malik olan ABŞ bu sıralamada 51-ci, İtaliya isə 70-ci yerdə qərarlaşır. Rusiya 75-ci, Braziliya 95-ci, Çin 103-cü, Yaponiya isə 110-cudur.

Pərvanə Qurbanlı
Toplum Tv