12:11, 14 Oktyabr 2020 (Çərşənbə) 91

Dünyada hər ay 10 min uşaq aclıqdan ölür

Dünyada hər ay 10 min uşaq aclıqdan ölür
BMT 2020-ci ildə aclıqdan ölənlərin sayını açıqlayıb

"Reuters" xəbər verir ki, BMT Dünya Qida Proqramının direktoru Devid Bizli 2020-ci ildə dünyada aclıqdan ölənlərin sayı barədə açıqlama verib. Təşkilatdan verilən məlumata görə, bu il dünyada ən azı 7 milyon insan aclıqdan ölüb. Bizli açıqlamasında bildirib ki, problemlə mübarizə aparmaq üçün BMT yaxın gələcəkdə 6,8 milyard dollar toplamaq məcburiyyətindədir. 

"Reuters" yazır ki, bir müddət əvvəl "Covid-19” pandemiyası ilə əlaqədar bəzi ölkələrdə tətbiq edilən məhdudiyyətlərin kəndləri qidadan və tibbi yardımdan məhrum etdiyi bildirilmişdi. Bu, kütləvi aclığa və dünya üzrə hər ay 10 min uşağın ölməsinə gətirib çıxarıb. Məsələn, Burkino-Fasoda hər beş uşaqdan biri xroniki aclıqdan əziyyət çəkir. Bu ölkədə qida məhsullarının qiyməti kəskin artıb. 20 milyon əhalisi olan Burkino-Fasoda 12 milyon insana qida çatmır.