Dünya

Dünyada jurnalistlərə hücum statistikası artıb - Sərhədsiz Reportyorlar

18 Dekabr, 2018
1105
"Bu il dünyada 80 jurnalist öldürülüb, 348 jurnalist həbsdədir, 60 jurnalist isə girov saxlanılır" .

Bu barədə "Sərhədsiz Reportyorlar" təşkilatının dekabrın 18-də yaydığı illik hesabatda deyilir.

"Bu məlumatlar jurnalistlərə və KİV-ə qarşı düşmənçilik səviyyəsinin görünməmiş həddə artdığını nümayiş etdirir, deyə hesabatda bildirilir.

Xüsusən, qətllərin, həbs cəzalarının, girov götürülmə və zorla qaçırılma hallarının sayı artıb. Jurnalistlər əvvəllər heç vaxt 2018-ci ildə olduğu qədər zorakılığa və amansız rəftara məruz qalmayıblar, deyə hesabatda qeyd edilir.

Belə ki, jurnalistlərin qətllərinin sayı (80) 2017-ci illə müqayisədə (63) 8% artıb.

Səudiyyəli icmalçı Camal Qaşıqçının və Slovakiyalı jurnalist Yan Kuçyakın geniş rezonans doğuran qətlləri mətbuat azadlığı düşmənlərinin nə qədər uzağa gedə biləcəyini göstərib. 2018-ci ildə öldürülən jurnalistlərin yarısından çoxu əvvəlcə döyülüb.

"Jurnalistlərə qarşı zorakılıq bu il misli görünməmiş həddə çatıb və vəziyyət kritikdir", deyə "Sərhədsiz Reportyorlar"ın baş katibi Kristof Deluar bildirib.

Onun sözlərinə görə, qanuniləşdirilmiş zorakılıq və ədavət jurnalistikanı və demokratiyanın özünü sarsıdır.

Hesabata əsasən, Əfqanıstan 2018-ci ildə jurnalistlər üçün ən öldürücü ölkə olub, burada 15 mətbuat nümayəndəsi öldürülüb.

Daha sonra 11 jurnalistin öldürüldüyü Suriya və 9 jurnalistin öldürüldüyü Meksika gəlir.

İyunda "Kapital" qəzetinin beş əməkdaşının güllələnməsi ABŞ-ı ən öldürücü ölkələr sırasına daxil edib.

Dünyada həbs edilən jurnalistlərin sayı da ötən illə (326 nəfər) müqayisədə artaraq, 348 nəfərə çatıb.

2017-ci ildə olduğu kimi, həbs edilmiş jurnalistlərin yarısından çoxu beş ölkədə: Çin, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və Misirdə saxlanılır.

Çin dünyada qeyri-peşəkar jurnalistlərin ən böyük həbsxanasıdır, türkiyə isə həbsdə olan peşəkar jurnalistlərin sayına görə dünyada rekorda sahibdir.

Hazırda girov saxlanılan jurnalistlərin sayı 60-dır, bu, ötən illə müqayisədə (54) 11% çoxdur. Onlar hamısı üş Yaxın Şərq ölkəsində: Suriya, İraq və Yəməndə saxlanılır. Onlar arasında beş əcnəbi var.

İraqda İslam Dövlətinin məğlubiyyətinə və Suriyada geri çəkilməsinə baxmayaraq, bu girovların taleyi haqqında məlumat azdır, üç il Suriyada əsir saxlanıldıqdan sonra azadlığa buraxılan Yaponiyalı jurnalist Cumpey Yasud istisna təşkil edir. Ukraynalı jurnalist indiyədək qondarma "Donetsk Xalq Respublikasında" onu casusluqda ittiham edən hakimiyyət tərəfindən saxlanılır.

"Sərhədsiz Reportyorlar" (RSF) BMT, YUNESKO, Avropa Şurasında və s. məsləhət statusuna malik olan beynəlxalq QHT-dir.

Təşkilatın qərargah-mənzili Parisdə yerləşir, dünyanın 17 şəhərində isə (Berlin, Brüssel, Cenevrə, Helsinki, İstanbul, Karaçi, Kiyev, London, Madrid, Mexiko, Rio-de-Janeyro, San-Fransisko, Stokholm, Taybey, Tunis, Vyana və Vaşinqton) nümayəndəlikləri var. Müxbirləri 130 ölkədə və 15 yerli tərəfdaş təşkilatda işləyir.

Mənbə: Turan İA

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo