15:03, 12 İyun 2019 (Çərşənbə) 106

Dünyanın ən sülhsevər ölkələri açıqlanıb

Dünyanın ən sülhsevər ölkələri açıqlanıb


/ DÜNYA
İqtisadiyyat və Sülh İnstitutu sülhpərvərlik reytinqi açıqlayıb. 

Bu barədə "Novator.az" xəbr verib.

Reytinq ölkələrdə zorakılıq səviyyəsi və dövlətin xarici siyasəti meyarlarına əsaslanır.

İslandiya reytinqdə birinci pillədəki yerini qoruyub. İkinci yerdə Yeni Zelandiya, üçüncü sırada isə Portuqaliya qərarlaşıb. Almaniya dörd pillə geriləyərək 22-ci, ABŞ isə 128-ci olub.

Azərbaycan ötən illə müqayisədə iki pillə yüksələrək bu reytinqdə 130-cu sırada yer alıb.

Sülhsevər ölkələrin siyahısında son yerdə Əfqanıstan qərarlaşıb. 

Türkiyə, Yəmən və Nikaraquada da vəziyyət pisləşib. İnstitut dünyadakı şiddətin dəyərini 14,1 trilyon dollar civarında qiymətləndirib.