Sosial

"Dövlət müəssisələrinin şəxsi obyekt kimi işlədilməsinə son qoyulmalıdır"

10 Dekabr, 2018
1273
Ekspert: "Səhiyyə sistemində dövlət müəssisələrinin şəxsi obyektlər kimi işlədilməsinə son qoyulmalıdır” 

Azərbaycan Tibb Universitetində tibbi menecmentlərin, başqa sözlə desək, xüsusi peşəkarlıq nöqteyi-nəzərdən baş həkimlərin hazırlanması nəzərdə tutulur.

Bunu Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli deyib.
 

G.Gəraybəyli əlavə edib ki, Azərbaycanda "ailə həkimi" institutunun yenidən bərpası üçün də işlər görülür. 

"Qərb təbabətinin prinsiplərini mənimsəməliyik”

Tibb eksperti Adil Qeybulla hesab edir ki, tibbi menecmentlərin iqtisadi savadı olmalıdır: "Tibbi menecmentlər dünyanın hər yerində var. Xəstəxananın idarə olunması, maliyyə dövranı, ona nəzarət, tibbi xərclərin optimallaşdırılması və s. məsələlərə tibbi menecmentlər baxır. Onlar istər dövlət xəstəxanalarında, istərsə də özəl sektorun özündə kifayət qədər vacib mütəxəssislər sayılır. Unutmaq olmaz ki, tibbi menecmentlərin iqtisadi savadı olmalıdır. Ona görə bu kadrların Tibb Universitetində necə hazırlanacaqları sual yaradır”.
 

Adil Qeybulla hesab edir ki, ailə həkimi institutu bir növ sahə həkimi strukturunu əvəz edən bir sistem olacaq: "İndi sahə həkimləri yavaş-yavaş sıradan çıxır. Ümumiyyətlə, təcrübə göstərir ki, ailə həkimləri daha optimal variantdır. Qərb təbabətində bu həkimlər vətəndaşlara lazımi bilgilər verir, xəstə müraciətlərinə nəzarət edir, monitorinqlər aparır. Ailə həkimi institutu özü də Qərb təbabətinin bir hissəsidir. Bu mütəxəssislər xüsusi rezidentura keçmədən ailə həkimi statusunda işləyə biləcəklər”.

"Biz artıq Sovet təbabətindən Qərb təbabətinə keçirik. Buna görə də Qərb təbabətinin prinsiplərini mənimsəməliyik”, - deyə ekspert əlavə edib.

"Yerlibazlıqla, traybalizmlə kiminsə qohumunu baş həkim qoymaq olmaz” 

İqtisadçı, keçmiş deputat Nazim Bəydəmirli hesab edir ki, Azərbaycan səhiyyəsi Sovet tibb sistemindən ayrıla bilmir: "Baş həkim anlayışı sovet sistemindən qalıb. O vaxt baş həkim təsərrüfat fəaliyyəti ilə məşğul olur, elə menecmentlik funksiyasını yerinə yetirirdi. Ancaq  özəl sektor yarandıqdan sonra baş həkimin vəzifəsi daha dəqiq bilinir və özəl klinikalarda baş həkimin əvvəlki təsərrüfat fəaliyyəti artıq direktorların üzərindədir. Səhiyyə Nazirliyi özünün bir neçə müəssisəsində baş həkimin funksiyalarını müalicəyə, tibbi və nəzarət fəaliyyətinə yönəldib. Əslində səhiyyənin idarəedilməsində tibbi menecmentlərin hazırlanması yaxşı olardı. Həkimlərin idarəetmə işini də bilməsi müsbət faktor kimi qiymətləndirilə və onların işində müsbət fəaliyyətə gətirib çıxara bilər”.
 

Nazim Bəydəmirli bildirir ki, Azərbaycanda ailələr daha yaxşı tanıdığı, daha çox etibar etdiyi həkimə müraciət edir: "Azərbaycan vətəndaşı yaşadığı evin yaxınlığında tibb müəssisəsi olsa da, şəhərin digər başındakı etibar etdiyi həkimə müraciət edir. Buna görə tibbi sığortanı tətbiq etmək lazımdır ki, vətəndaş yaşadığı yerə yaxın olan xəstəxanaya müraciət etsin. Daha ailə həkimi üçün şəhərin bir başından o biri başına getməsin. Dövlət və özəl xəstəxanalara ayrı-seçkilik qoymadan eyni gözlə baxmaq, səhiyyəni müvafiq standartlara gətirmək, dövlətin səhiyyəyə ayırdığı vəsaitləri düzgün xərcləmək və düzgün idarəetməni qurmaq gərəkdir. Çox təəssüf edirəm ki, elə Azərbaycan Tibb Universitetində rezidentura təhsili ödənişli əsaslarla verilir. Bu qədər həkimin də plan yerləri üzrə buraxılması, plan yerlərinin ödənişli əsaslarla artırılması tibb təhsilinə kommersiya obyekti kimi baxmaqdır. Digər ölkələrin təcrübəsinə baxsaq, görərik ki, əksər ölkələrdə tibb təhsili ilə bağlı olan məsələlər dövlət hesabınadır. Çünki dövləti, ilk növbədə, əhalinin sağlamlığı düşündürməlidir”.

"Səhiyyə sistemində dövlət müəssisələrinin şəxsi obyektlər kimi işlədilməsinə son qoyulmalıdır. Lobbiçilik maraqlarını arxa plana keçirmək lazımdır. Yerlibazlıqla, traybalizmlə kiminsə qohumunu baş həkim qoymaq olmaz. Çox ciddi problemlər var, onlar həll edilmədən ailə həkimi və menecment məsələsini danışmağın yeri yoxdur”, - deyə ekspert əlavə edib.

Nigar Mübariz
Toplum Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo