16:24, 06 İyul 2019 (Şənbə) 237

Dövlət qurumları zənglərə cavab verirmi? - VİDEO EKSPERİMENT

 

Toplum Tv dövlət qurumlarının, saytlarındakı nömrələrə cavab verib-verməməsini monitorinq edib.

3 dövlət qurumuna günün 3 müxtəlif vaxtında zəng etdik.

İlk öncə Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışdıq.

Cavab yoxdur

Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə zəng etdik. Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxlamağa çalışdıq.

Cavab yoxdur

Ən son Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə zəng etdik. "Qaynar xətt” ilə əlaqə yaratmağa çalışdıq.

"Qaynar xətt" məşğuldur.

Təsadüfi seçdiyimiz 3 dövlət qurumunun heç biri ilə əlaqə saxlamaq mümkün olmadı.

Hazırladı:

Uğur Fərzəli