Sosial

“Dövlət vəsaiti hesabına kredit borclarının bir qismi banklara ödənilə bilər”

31 Mart, 2020
861
Kürdəmir rayon sakini Rəsul Məmmədov (ad şərtidir) koronavirusla bağlı yaranmış vəziyyətə görə sahibi olduğu maşın yağdəyişmə sexini 10 gün öncə məcburən bağlamalı olub. 

Onun sözlərinə görə, 5 nəfərin çalışdığı bu sexi bir il əvvəl bankdan aldığı kredit hesabına açıb. 

Gəlirlərinin bir müddət öncəyə qədər yaxşı olduğunu deyən R.Məmmədov indi vəziyyətin ağırlığından gileylənir. 

"Bugün bütün sexlər karantinlə əlaqədar işləmir. Mən isə 10 gün öncədən məcburən bu addımı atmalı oldum. Çünki günə bir-iki müştəri gələndə sevinirdim. Bu isə mənim aylıq xərclərimi ödəmirdi. İcarə haqqı, kommunal xərcləri, işçilərin gündəlik maaşlarını ödəyə bilmədiyim üçün sexi bağlamalı oldum. Hələ aylıq kredit haqqını da ödəməliyəm”, - kürdəmirli kiçik sahibkar deyir.

Ekspert Rəşad Həsənov fors-major hallarda bəzi məsələlərin daha yüksək səviyyədə həllini tapmalı olduğunu qeyd edir: "Likvidliyin və gəlirlərin azaldığı bir dövrdə dövlətin vəzifəsi vətəndaşa, biznesə müəyyən dəstək verməkdir. Xüsusilə öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə bu addımlar atılmalıdır”. 
 
 

Ekspert bu durumda Mərkəzi Bankın kommersiya bankları ilə əməkdaşlığı dərinləşdirilməsini zəruri hesab edir. 

R.Həsənov hesab edir ki, dövlət hansısa formada kredit faizlərinin bir qismini ödəyə bilər: "Dövlət vəsaiti hesabına kredit borclarının bir qisminin banklara ödənilməsi mümkündür. Bununla bağlı mexanizm də var. Artıq 2 ildir ki, İpoteka və Kredit Zəmanət Fondu bunu tətbiq edir və müəyyən kreditlərə zəmanət verilir. Amma indi rəqəmlər daha böyükdür”.
Ekspert bunun üçün mexanizmin daha da təkmilləşdirilməsinin vacib olduğunu vurğulayır. O, bu addımların həm də postpandemiya dövründəki vəziyyətə müsbət təsir edəcəyini bildirir: "Nəzərə alsaq ki, 2015-ci ildən banklar xeyli müştəri kontingetini itirib, o zaman əsaslı tədbirlər görmək vacibdir. Bu itkinin artmaması üçün Mərkəzi Bank, İpoteka və Kredit Zəmanət Fondu, Sahibkarlara Dəstək Fondu bu istiqamətdə işlər görməlidir”.

Xatırladaq ki, martın 30-da Milli Məclisin keçirilmiş növbəti plenar iclasında deputat Vüqar Bayramov  kreditlərə çıxış imkanlarının genişləndirilməsi və növbəti 3 ay müddətində kreditlərə güzəştin verilməsini təklif edib. 

Təklifdə sahibkarlar və vətəndaşlar üçün 3 ay müddətində kredit ödənilməsində güzəştlər müəyyən edilməsi, yubanmalara görə faiz və cərimələrin hesablanmaması, bankların likvidliyinin qorunub saxlanılması üçün  Mərkəzi Bankın banklara aşağı faizli, mərkəzləşdirilmiş kreditlər təklif etməsi öz əksini tapıb.

Vüsalə Mikayıl

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo