18:03, 04 Oktyabr 2019 (Cümə) 449

Məcburi köçkünlər üçün yeni yaşayış sahəsi salınacaq

Məcburi köçkünlər üçün yeni yaşayış sahəsi salınacaq
Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsi salınacaq.

Fins.az xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu "SS. Proje" MMC şirkətilə müqavilə bağlayıb. Müqavilənin məbləği 894 min 414 manatdır.

Müqavilədə Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin layihələndirilməsi nəzərdə tutulur.