18:45, 21 Oktyabr 2019 (Bazar ertəsi) 2867

"Dözmə, Yürüş et" - Zorakılıq anları - VİDEO

 
 
20 Oktyabrda ictimai fəallar qadınlara qarşı zorakılığa etiraz olaraq  "Dözmə, Yürüş et"  yürüşü  keçirib.

Yürüş son dövrlər artan qadın cinayətlərinə diqqət çəkmək məqsədi ilə keçirilib.
 
Yürüş iştirakçıları Azərbaycanın İstanbul Konvensiyası kimi tanınan Avropa Şurasının Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Konvensiyasına qoşulması tələbi ilə şıxış edib.
 
Yürüş zamanı polis və mülki geyimli şəxslər iştirakçılara qarşı zor tətbiq edib.Yürüşün pankartları cırılıb, fəalların bəziləri saxlanılıb. Daha sonra yürüş iştirakçılarının tələbi ilə polis fəalları azad edib. Yürüş iştirakçılarının bir qismi yürüşü davam etdirməyə müvəffəq olub.

Nərgiz Absalamova