18:29, 10 İyul 2019 (Çərşənbə) 118

Əbülfəz Bünyadov azadlığa buraxıldı

Əbülfəz Bünyadov azadlığa buraxıldı
"Nardaran məhbusu" Əbülfəz Bünyadov Nizami Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Bu barədə "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımov məlumat yayıb. 

Məlumata görə, məhkəməyə hakim Rauf Əhmədov sədrlik edib.

"Əziz dostlar Əbülfəz Bünyadovun xəstəliyi ilə əlaqədar iclas keçirildi. Məhkəmə ərizəni təmin etdi. Əbülfəz Bünyadov həbsdən azad edildi”, - deyə Elçin Qasımov bildirib.

Daha əvvəl məhkumun azad edilməsi ilə bağlı kassasiya şikayəti verilsə də, iyunun 12-də keçirilən iclasda Ali Məhkəmə şikayəti təmin etməyib.

Əbülfəz Bünyadov 2018-ci ildə Nardaran hadisələri zamanı həbs edilib.

O,  keçirilmiş xüsusi əməliyyat zamanı yaralanıb və iflic vəziyyətinə düşüb. 

2018-ci il iyulun 11-də məhkəmə qәrarı ilә Əbülfəz Bünyadov 15 il azadlıqdan məhrum edilib. 

O, həbsinin 3 ilini Qobustan qapalı hәbsxanasında keçirmәli idi.

Uğur Fərzəli