Siyasət

Əbülfəz Bünyadovun vəziyyətinin ağır olduğu bildirilir

26 Dekabr, 2018
1128
Nardaranda 2015-ci il noyabrın 26-da əməliyyat keçirilən evin sahibi, hazırda məhbusluq həyatı yaşayan Əbülfəz Bünyadovun durumu ağırdır.

Bu barədə Azadlıq Radiosu-na onun ailə üzvləri danışıb. 

Onurğasından güllə yarası aldığından hərəkət qabiliyyətini itirən və hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Ə.Bünyadovun yaxınları bildirib ki, qısa müddətdə həbsdən buraxılmasa, həyatını itirə bilər.

"Həkimlər gəlib baxırlar, lazım olan iynə-dərmanı eləyirlər. Amma bu adamın bədəninin 80 faizi işləmir. Onu yataqda çevirməkdən ötrü də kömək lazımdır. Ona ancaq palatadakı məhkumlar kömək eləyirlər. Halbuki, onların özləri də xəstədir, yardıma ehtiyacları var. Onlardan da birinin ayağı amputasiya olunub, biri onurğasından əməliyyat olunub”.

Uzun müddət yataq xəstəsi olub, eyni vəziyyətdə qalan adamların bədənində yaralar açılır. Ailə üzvlərinin sözlərinə görə, Ə.Bünyadovun iflic olmaqdan başqa, həm də belə yaralardan, Hepatit C xəstəliyindən əziyyət çəkir.

Vəkil Fariz Namazlı bildirib ki, apelyasiya məhkəməsinin qərarından yaxın günlərdə Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

Ə.Bünyadovun ailə üzvləri ümid edir ki, bəlkə Ali Məhkəmə onun cəzasını dəyişər:

"Öz ehtiyaclarını belə, ödəmək qabiliyyətində olmayan adamı həbsdə saxlamaqla nə qazanırlar, onu anlamırıq...”.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib ki, belə ağır xəstə olan məhkumlara həm tibbi personal xidmət göstərir, həm də təsərrüfat briqadasındakı məhkumlar qulluq edir.

İkisi polis olmaqla, altı nəfərin öldürüldüyü, ilahiyyatçı, "Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov da daxil, onlarla adam həbs edilib. Ə.Bünyadov "Müsəlman Birliyi” Hərəkatının İdarə Heyətinin üzvüdür.

T.Bağırov və onunla birlikdə mühakimə olunmuş digər şəxslər kimi, Ə.Bünyadov da saxlanılarkən və ondan sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldığını söyləyib.

Sözügedən idarənin əməkdaşları isə məhkəmədə ifadə verərkən işgəncə iddialarını təkzib ediblər.

Ə.Bünyadov 15 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, o, 15 illik cəzanın ilk 3 ilini Qobustanda həbsxana rejimində çəkməlidir.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo