13:36, 14 İyun 2019 (Cümə) 208

Əbülfəz Elçibəyin həyat yoldaşı vəfat edib

Əbülfəz Elçibəyin həyat yoldaşı vəfat edib
Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva Türkiyədə vəfat edib.

Bu barədə keçmiş baş nazir Pənah Hüseyn "facebook" hesabından məlumat yayıb. 
 
"Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın səhhəti dünən qəfildən pisləşdi”.

Bu barədə "Report”a mərhumun kürəkəni Aqil Səmədbəyli deyib.

O bildirib ki, H.Əliyeva dərhal İstanbulun Silivri rayonunda yerləşən xəstəxanaya aparılıb: "Bu gün isə reanimasiya şöbəsində dünyasını dəyişdi".

A.Səmədbəyli mərhumun cənazəsinin Bakıya gətiriləcəyi vaxtı hələ müəyənləşdirmədiklərini deyib: "Biz şokdayıq".