16:52, 22 Avqust 2019 (Cümə axşamı) 180

Əbülfəz Elçibəyin vəfatından 19 il ötür

Əbülfəz Elçibəyin vəfatından 19 il ötür
Avqustun 22-i  Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin anım günüdür.

Əbülfəz Elçibəyin vəfatından 19 il ötür. 

Əbülfəz Elçibəy (Əliyev) 1938-ci ildə Naxçıvanın Ordubad rayonunun Kələki kəndində doğulub. 

Azərbaycan Xalq Hərəkatının liderlərindən biri olan Əbülfəz Elçibəy Azərbaycanın ikinci prezidenti olub.

O, 1992-ci ildə prezident seçilib və cəmi bir il hakimiyyətdə olub. 

Elçibəy Rusiya qoşunlarının Azərbaycandan çıxarılması və Azərbaycanın müstəqil dövlət kimi tanıdılması ilə bağlı ciddi addımlar atıb. 

Onun dövründə ilk milli valyuta dövriyyəyə buraxılıb və ali məktəblərə qəbul imtahanları test üsuluna keçirilib. 

Elçibəyin hakimiyyəti dövründə Milli Ordu yaradılıb və Ağdərə və Goranboy rayonları erməni işğalçılarından təmizlənib. 

Əbülfəz Elçibəyin prezident olduğu dövrdə (1992-1993) təhsildə islahatlar keçirib, müəllimlərin, təhsil işçilərinin maaşları artırılıb. İlk dəfə təhsildə test sisteminə keçidin əsasını qoyub. 

Müstəqilliyin  sonraki illərində ilk dəfə olaraq  latın qrafikalı əlifbaya keçidin əsası qoyulub.

İyunun 24-də Milli Məclisin qərarı ilə səlahiyyətlərinə son verilmiş Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Bütöv Azərbaycan Birliyinin sədri kimi davam etdirib.

Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Ankara Dövlət Xəstəxanasında dünyasını dəyişən 62 yaşlı Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.

Əbülfət Baxşəli